Sizin link burada

İtinə su vermədiyi üçün həbs olundu

Hollandiyanın paytaxtı Amsterdamda polis 30 dərəcə istidə itinə su vermədiyi üçün turisti dəmir barmaqlıqlar arasına göndərib.

 

Lent.az milliyet.com.tr-yə istinadən bildirir ki, turist itinə su vermədiyi üçün 24 saatlıq həbs edilib və heyvana vurduğu ziyana görə maddi təzminat ödəməyə məruz qalıb.

 

Məlumata görə, narkotik qəbul edərək səkidə yuxuya dalan turistin iti bir neçə saat sahibinin baş ucunda keşik çəkib. Sonra susuzluğunu söndürmək üçün it yaxınlıqdakı mağazalara hücum çəkib. Mağaza işçiləri itə su verməklə yanaşı, həm də polisə xəbər ötürüblər. Polis itin sahibini müəyyənləşdirdikdən sonra ona nəğd ödəmə ilə pul cəzası kəsib və 24 saat müddətinə azadlıqdan məhrum edib.

 

LENT

21 İyul 2018
20 İyul 2018

Digər xəbərlər >>>