Sizin link burada

Yaponiyada leysan yağışları: ölü sayı 17-yə çatdı - YENİLƏNİB

 

Yaponiyada leysan yağışları nəticəsində ölənlərin sayı 17-yə çatıb.

 

Lent.az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, 50-dən çox insan itkin düşüb.

 

2 nəfər ağır vəziyyətdədir.

 

Yaponiya hökumətinin məlumatına görə, hazırda xilasetmə işlərinə 48 mindən çox insan cəlb olunub.

 

07:49

 

Yaponiyada tüğyan edən güclü leysan yağışlar və torpaq sürüşmələri nəticəsində  ölənlərin sayı 15 nəfərə çatıb.

 

APA-nın məlumatına görə, bu barədə NHK telekanalı xəbər verib.

 

Son məlumatlara əsasən, artıq 50-dən çox insan itkin düşmüş hesab olunur.

 

Təbii fəlakət bölgəsində xilasedici əməliyyatlar davam etdirilir.

 

 

***

 

Yaponiyada tüğyan edən güclü leysan yağışlar və torpaq sürüşmələri nəticəsində  ölənlərin sayı 6 nəfərə çatıb.

 

APA-nın məlumatına görə, bu barədə NHK telekanalı xəbər verib.

 

Məlumata əsasən, azı 38 nəfər itkin düşmüş hesab olunur.

 

Ölkənin  bir sıra prefekturasında yaşayan 500 minə yaxın insana evlərini müvəqqəti tərk etmək tövsiyə olunub. Onlardan 250 minə yaxını Kioto prefekturasının sakinləridir. Əyalətin bəzi çaylarında suyun səviyyəsi kritik səviyyəni ötüb.

 

 

LENT

17 İyul 2018
16 İyul 2018

Digər xəbərlər >>>