Sizin link burada

Şehiçin yeni klubu rəsmiləşdi

“Qarabağ”la yollarını ayıran İbrahim Şehiçin yeni klubu müəyyənləşib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, təcrübəli qolkiper “Ərzurumspor”la münasibətləri rəsmiləşdirib.

 

Ərzurum təmsilçisi bu gün 4 yeni transferini təqdim edib ki, onlardan biri də Şehiçdi. Bosniya və Herseqovina millisinin qolkiperi 2+1 illik sözləşməyə qol çəkib.

 

29 yaşlı oyunçu keçidi haqda bunları deyib: “Məni burda isti qarşıladılar. Özümü evimdəki kimi hiss etdim. Ümid edirəm ki, birlikdə böyük uğurlara imza atarıq”.

 

LENT

23 İyul 2018

Digər xəbərlər >>>