Sizin link burada

Gürcüstan işıqsız qaldı

Gürcüstanda hava şəraitinin kəskin dəyişməsi ölkənin elektrik enerjisi ilə təchizatında problemlər yaradıb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, güclü yağış və külək elektrik enerjisi gərginliyinin aşağı düşməsinə səbəb olub. Nəticədə Rustavi şəhərinin elektrik enerjisi ilə təminatı dayandırılıb.

 

Elektrik enerjisinin verilişinin nə vaxt bərpa olunacağı hələ məlum deyil.  Elektrik enerjisi gərginliyinin azalması Tbilisi metrosunun da fəaliyyətinə təsir edib. Belə ki, metropolitenin Saburtalo xəttinin fəaliyyəti müvəqqəti dayandırılıb. Xətt üzrə metro vaqonlarının hərəkəti artıq bərpa olunub.

 

LENT

23 İyul 2018

Digər xəbərlər >>>