Sizin link burada

"Qarabağ"a yeni transferi pulsuz başa gəldi

“Qarabağ” növbəti transferini reallaşdırıb. Apasport.az saytı xəbər verir ki, bunu klub feysbuk səhifəsi vasitəsilə bəyan edib.

 

Azərbaycan çempionu yenə qapı xəttini gücləndirib. Hannes Halldorssondan sonra braziliyalı Vaqner da Silva da Ağdam klubu ilə anlaşıb.

 

32 yaşlı Vaqner “Muskron”dan transfer edilib. Braziliyalı qolkiper ötən ilin yanvarından bu ilin yayına qədər icarə əsasında “Boavişta”nın formasını geyinib. Karyerasına “Atletiko Paranaense”də başlayan Vaqner da Silva ilk dəfə 2010-cu ildə Avropaya yollanıb. O, Portuqaliyada “Eştoril”, “Boavişta” və Belçikada “Muskron” klublarında çıxış edib.

 

Təcrübəli qapıçının “Muskron”la müqavilə müddəti başa çatdığından, “Qarabağ”a havayı başa gəlib.

 

Qeyd edək ki, “Qarabağ” buna qədər Filip Ozobiç, Rahil Məmmədov, Abdullah Zubir, Hannes Halldorsson və Simeon Slavçevi transfer etmişdi.

 

LENT

21 İyul 2018
20 İyul 2018

Digər xəbərlər >>>