Sizin link burada

Trampın Venesuelanı işğal etmək planı üzə çıxdı

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Trampın Venesuelanı işğal etmək planları üzə çıxıb.

 

Lent.az sozcu.com.tr-yə istinadən bildirir ki, adının açıqlanmasını istəməyən mənbə bu barədə Associated Press Agentliyinə məlumat ötürüb. Mənbə Donald Trampın 2017-ci ilin avqust-sentyabr aylarında işğal edilməsi ilə bağlı planının olduğu, sonradan Təhlükəsizlik Şurası tərəfindən bu fikrin qəbul edilmədiyini açıqlayıb.

 

Mənbənin iddialarına görə, ABŞ prezidenti Venesuelanı işğal etmək üçün onun qonşuları Peru, Kolumbiya, Panama, hətta Braziliya liderlərinin də “hə”sini alıbmış.

 

Məlumata görə, ABŞ-ın hər zaman basqı altında saxlamağa çalışdığı Venesuelanı işğal etmək fikrini Donald Tramp ortaya atıb. O, Venesuelanı işğal etməklə bağlı planının olduğunu Təhlükəsizlik Şurasının toplantısında açıq şəkildə bəyan edib. “Venesuelaya investisiya həcmini çoxaltmalıyıq” – deyən şura üzvünə prezident “bu qədər sərmayə qoymaqdansa, Venesuelanı işğal edək” – cavabını verərək, bu barədə planlarından danışıb.

 

 

LENT

21 İyul 2018
20 İyul 2018

Digər xəbərlər >>>