Sizin link burada

Sarkisyanın qardaşı və qardaşı oğlu həbs edildi - YENİLƏNİB

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr (Saşik) Sarkisyan külli-miqdarda vergidən yayınmada və bir çox cinayətlərdə ittiham edilir.
 
Lent.az Ermənistan KİV-nə istinadən bildirir ki, Aleksandr Sarkisyan 800 milyon dram (təxminən 1,7 milyon ABŞ dolları) həcmində vəsaiti mənimsəkdə təqsirli bilinir. Eyni zamanda, Saşik Sarkisyana aid olduğu hesab edilən bəzi şirkətlər vasitəsi ilə  çirkli pulların yuyulması məsələsi də istintaqın araşdırdığı məsələlərdəndir. Ermənistan mediasının araşdırmalarına görə, Aleksandr Sarkisyanın hərbi sistemdə bir sıra rüşvət hallarına bulaşdığı da ehtimal edilir. 
 
Qeyd edək ki, təkcə vergidən yayınma və çirkli pulların yuyulması təsdiqlənərsə, Ermənistan qanunlarına görə,  Aleksandr Sarkisyanı 9 ildən 11 ilə kimi həbs cəzası gözləyir. 
 
16:45
 
Ermənistanın sabiq prezidenti və baş naziri Serj Sarkisyanın qardaşı Aleksandr (Saşik) Sarkisyan  iyulun 4-də Parisə uçmaq istəyərkən “Zvartnots” hava limanında Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.
 
 
 
APA-nın xəbərinə görə, bu barədə Ermənistan İctimai Televiziyası məlumat yayıb. Hadisədən sonra A. Sarkisyanın evində axtarış başlayıb. Axtarış nəticəsində xeyli pul, silah və rəsm əsəri aşkarlanaraq götürülüb.
 
 
 
Aleksandr Sarkisyanın oğlu Ayk da saxlanılıb. Ona qarşı 2007-ci il aprelin 1-də Yerevanda David Simonyan adlı şəxsin odlu silahdan açılan atəşlə yaralanması ilə əlaqədar ittiham irəli sürülüb. Bu fakt üzrə daha əvvəl bağlanan cinayət işi yenidən açılıb. D. Simonyana Ayk Sarksiyanın atəş açdığı bildirilir.  
 
 
 
Aleksandr Sarkisyanın digər övladı Narek Sarkisyan isə qanunsuz silah-sursat əldə etmək, saxlamaq, eləcə də iri miqdarda narkotik saxlamaqda ittiham olunur.

LENT

21 İyul 2018
20 İyul 2018

Digər xəbərlər >>>