Sizin link burada

"Tolik prodüser deyil" - Əməkdar artist

Əməkdar artist Nüşabə Ələsgərli prodüser Tolik ( Tarix Əliyev ) barədə danışıb. Lent.az-ın məlumatına görə, ifaçı “Onda başladıq” verilişində bildirib ki, Toliki prodüser hesab etmir: "Tolik prodüser yox, təşkilatçıdır. Məsələn, Tolikə zəng vurub deyirlər ki, filan konserti təşkil et. O da müğənniləri yığır, konserti təşkil edir və axırda qonorarları paylayır. Tolik mənimlə, Aygün Kazımovayla, Röya Ayxanla da işləyib. Onun o boyda pulu var ki, Aygünü maliyələşdirsin? İşə pul yatıran və icraçı başqadır. O, çox fədakar insandır. Məsələn, Röyanın konsertində öz avtomobilini girov qoyub, pul götürmüşdü".

LENT

17 İyul 2018
16 İyul 2018

Digər xəbərlər >>>