Sizin link burada

DÇ-2018: Neymar neçə dəqiqə qazonda uzanıb?

Braziliya millisinin hücumçusu Neymar DÇ-2018-də təkcə qolları ilə diqqət mərkəzində deyil.

 

Apasport.az saytının məlumatına görə, oyunlar zamanı tez-tez kobudluğa məruz qalan və yıxılan forvard haqqında maraqlı statistika açıqlanıb.

 

“Dream Team” portalının paylaşdığı xəbərdə Neymarın mundial zamanı düz 14 dəqiqə yerdə qaldığı bildirilib. 23 dəfə rəqib oyunçular tərəfindən kobudluğa məruz qalan oyunçu üst-üstə bu qədər zamanı oyundan kənarda keçirib.

 

O, ən çox 1/8 finalın Meksika ilə oyununda yerdə qıvrılıb – 5 dəqiqə 30 saniyə. Bu müddətin çox hissəsi isə Migel Layunun aut xətti yaxınlığında Neymarın ayağını tapdalaması zamanı qeydə alınıb.

 

İsveçrə ilə matçda isə Neymar 3 dəqiqə 40 saniyəsini qazonda keçirib.

 

Qeyd edək ki, Braziliya yığması hazırda turnirin 1/4 finalındadır və cümə günü Belçika ilə qarşılaşacaq.

 

LENT

21 İyul 2018
20 İyul 2018

Digər xəbərlər >>>