Sizin link burada

Həyatında 3 kişi olan aktrisamız: "27 yaşım var, evdə qalmışam"

“Artıq 27 yaşım var, evdə qalmışam”.

 

Lent.az-ın məlumatına görə, bu sözləri “Zarafat-zarafat” verilişində aktrisa Pərvin Abıyeva şəxsi həyatından danışarkən deyib. Pərvin "Türkiyəli oğlanla ailə qurarsan?" sualını belə cavablandırıb:

“Quraram, amma öz kişilərimizi daha çox sevirəm. Düzdür, mənim bir sözümü yozurlar ki, Pərvin azərbaycanlı kişiləri bəyənmir. Əslində o müsahibə elə deyildi. Neçə dəfə dedim, yenə də xeyri olmadı, yenə də başa düşmədilər. Öz kişilərimiz nə qədər köhnə fikirli və bir az kobud olsalar da, onları daha çox üstün tuturam. Həmişə də deyirdim ki, mən azərbaycanlı ilə ailə quracam. Qismət”.

 

Qeyd edək ki, P.Abıyeva bir neçə gün öncə verilişlərin birində şəxsi həyatından danışarkən bildirmişdi ki, bu günə qədər həyatında 3 kişi olub.

 

LENT

23 İyul 2018

Digər xəbərlər >>>