Sizin link burada

Kevin Speysiyə qarşı daha bir təcavüz iddiası

58 yaşlı Kevin Speysin ünvanına təcavüzlə bağlı deyilən ittihablar hələ də davam edir. 
 
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, növbəti təcavüz iddiası 50 yaşlı qay Pirsdən gəlib. O, Speysin "Los-Ancelesin sirri" filmində rol alıb. 
 
"İndi bu haqda danışmaq çətindir. O, möhtəşəm aktyordur. Onunla çalışmaq çətin idi. O, əl-qol atırdı. Xoşbəxtlikdən mənim 29 yaşım var idi, 14 yox" deyə, Pirs qonaq olduğu şouda deyib. 
 
O, Kevinin başqa bir aktyora qarşı etdiyi əxlaqsız hərəkətdən də danışıb:
 
"O, Entoni Reppin 14 yaşı olanda ona təcavüz edib. "House of Cards"ın aktyoru bu haqda açıq danışdıqdan sonra ondan üzr istəmişdi".
 
Qeyd edək ki, bir çox məşhur Kevini onlara qarşı seksual hərəkətlər etməkdə günahlandırıb. 

LENT

23 İyul 2018

Digər xəbərlər >>>