Sizin link burada

Kanadanın baş naziri jurnalistə qarşı seksual hərəkətdə suçlanır

Kanadanın baş naziri Castin Trudeu cinsi təcavüzdə suçlanır.

 

Lent.az milliyet.com.tr-yə istinadla bildirir ki, baş nazir 18 il əvvəl bir musiqi festivalında gənc xanım jurnalistə qarşı seksual hərəkət etməkdə suçlanır. Həmin vaxt 28 yaşı olan baş nazir 18 il əvvəl olan hadisəni xatırlamadığını deyib: “Həmin xeyriyyə konsertində kiməsə qarşı “qeyri-etik əl-qol hərəkəti” etdiyimi xatırlamıram. Bu ittihamla razı deyiləm” – deyə olaya münasibət bildirib.

 

Baş nazir bildirib ki, xeyriyyə konsertində bir xanım jurnalist özünü pis hiss edib və o da jurnalistə oturması üçün yardım edib.

 

Avqust ayında məsələ ilə bağlı ilk məhkəmə iclasının keçiriləcəyi vurğulanır.

 

LENT

17 İyul 2018
16 İyul 2018

Digər xəbərlər >>>