Sizin link burada

Sevda boşandığını dediyi əri ilə BARIŞDI: "Mənsiz qala bilməz"

Bu günlərdə həyat yoldaşı ilə boşandığını, daha sonra isə barışdığını deyən Sevda Sanəliyeva şəxsi həyatında baş verənlərə aydınlıq gətirib.

Lent.az-ın məlumatına görə, yenicag.az-a açıqlama verən sənətçi həyat yoldaşı ilə aralarında yaranan xırda inciklik üzündən bu addımı atdığını bildirib:

"Aramızda xırda inciklik oldu, küsdük. Əsəbiləşdim və boşandığımızı yazdım. Özünə də dedim ki, bunu yazacam. Dəfələrlə mənə dedi ki, bunu eləmə. Ər-arvad arasında belə şeylər olur. Biz bir-birimiz olmadan yaşaya bilmirik. O mənsiz qala bilməz, mən onsuz. Uşaqlarsız isə dözə bilməz".

"Barışıq addımını birinci kim atıb" sualına Sevdanın cavabı belə olub:

"Biz sevgili deyilik, ər-arvadıq. O birinci addım atdı, ya mən, bunun dəxli yoxdur. Hər ikimiz addım atdıq və barışdıq. Sevgimiz qarşılıqlıdır və sevgi olan yerdə qürur olmur".

 

LENT

17 İyul 2018
16 İyul 2018

Digər xəbərlər >>>