Sizin link burada

"Azercell" ötən gecə gücləndirilmiş rejimdə çalışıb - AÇIQLAMA

 

3 İyul 2018-ci il tarixində gecə saat 00:20 radələrində ölkə üzrə elektrik enerjisinin təminatında yaranmış kəsinti ilə əlaqədar respublikanın əksər bölgələrində “Azercell Telekom”MMC-yə aid stansiyaların enerji təminatında və müvafiq olaraq rabitə xidmətlərində  yaranmış müvəqqəti çətinliklərin aradan qaldırılması üçün şirkət gücləndirilmiş iş rejimində çalışıb. 

 

Qeyd edək ki, müstəqil generatorlar vasitəsilə şirkətin əsas ofisləri, Telefon Mərkəzi və Məlumat Mərkəzinin, eləcədə bir sıra saytların kəsintisiz fəaliyyəti dərhal bərpa edilib, digər saytların bərpası üçün isə yeni daşınan generatorlar yerlərə göndərilib. Eyni zamanda nəzərinizə çatdırırıq ki, hazırda kəskin isti hava şəraitinə baxmayaraq Azercell abunəçilərinin bütün ölkə boyu keyfiyyətli mobil rabitə xidmətləri ilə təmin edilməsinə dair zəruri tədbirlərin görülməsi davam etdirilir.

 

 

 

LENT

21 İyul 2018
20 İyul 2018

Digər xəbərlər >>>