Sizin link burada

Riçard Almeyda bu kluba keçdi - 2 illik müqavilə

 

Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın yeni klubunun adına aydınlıq gəlib. Apasport.az xəbər verir ki, bu barədə “transfermarkt” saytı məlumat yayıb.
 
 
 
Bildirilir ki, “Qarabağ”dan ayrılan 29 yaşlı yarımmüdafiəçi karyerasını Qazaxıstanda davam etdirəcək. Belə ki, Braziliya əsilli oyunçu “Astana” ilə anlaşıb. “Qəbələ”nin sabiq çalışdırıcısı Roman Qriqorçukun rəhbərliyi altında çıxış edəcək Almeyda yeni komandası ilə 2 illik müqavilə bağlayıb.
 
 
 
Qeyd edək ki, Riçard Almeyda 2012-ci ildən bəri “Qarabağ”ın formasını geyinib.

LENT

22 İyul 2018
21 İyul 2018

Digər xəbərlər >>>