Sizin link burada

Müğənnilərin qalmaqalı böyüyür: "Kişi söhbəti edin" - VİDEO

Müğənni Ramal İsrafilovun həmkarı Niyam Salami barədə dediyi tənqidi fikirlər cavabsız qalmayıb. Lent.az-ın məlumatına görə, "10-dan sonra" verilişinə qonaq olan müğənni N.Salami həmkarına bu cür cavab verib: “Həmin adamlar yemək də bişirirlər, saç da düzəldirlər, makiyaj da edirlər, mən heç danışmıram. Öz söhbətinizi edin. Kişi söhbəti edin. Həmin adamın sözü var idisə, ayıq başla birinci mənə zəng vurardı, sonra efirə çıxıb danışardı”. 


Qeyd edək ki, Ramal Niyamı müğənni kimi qəbul etmədiyini demişdi: “Müğənnilər oxudu qutardı. Aş da gəldi, kabab da gəldi, tort da gəldi. Bəs bu aşpaz niyə çıxıb getmədi evinə? Aşpazın sənətçilərin yanında nə işi var axı. Şəkil çəkdirmək istəyirsən?

Bu aşpazda qəşəng yeməklər var. Həm də deyəsən, bir dəfə mənə pul-filan göstərmişdi. Mən o pulun iki qatını verdim ona, gəlsin bağımda aşpaz işləsin. O cür sənətin var, nə üçün gəlib düşmüsən bu ağır yola? Heç olmasa əziyyətlə gəlmisən, haqq itirmə. Göygöz kosa kimi burdan öldürürsən, ordan çıxır. Ömür boyu məndən qidalanmısınız. Nə oldu, birdən-birə adam tapmadın reklam etməyə? Gəldin sənə mahnı yazan adamın arxasınca danışdın. Efirdə mədəniyyət deyilən bir şey var. Bazar adamı kimi danışmağın yeri yoxdur. Düzgün yanaşmadığına, hörmət qoymadığına görə bir az soyuq baxıram. Aşpaz aşpazdır da. Sənətə yaxın olmaq üçün bir az mədəniyyətli olmaq lazımdır” 

 

LENT

22 İyul 2018
21 İyul 2018

Digər xəbərlər >>>