Sizin link burada

Sevda boşanmasından danışdı: "Günəş yenidən çıxdı"

İkinci həyat yoldaşından ayrılan müğənni Sevda Sanalıyeva təəssüratlarını bölüşüb. Lent.az-ın məlumatına görə, ifaçı bildirib ki, son vaxtlar çətin günlər yaşayıb:

 

 “Mənim üçün narahat olan, pis olan və çətin günümdə məni heç yada salmayan, üstəlik sevinənlərə də minnətdaram. Bunu görməyim yaxşıdır. İnsan büdrəyə-büdrəyə bərkiyir. Əsas Allah hər kəsin ürəyinə görə versin. Məni nə qədər çox sevdiyinizi bildim, dəyərli İnstaqram izləyicilərim. Şükür ki, günəş yenidən çıxdı. Allaha sığınmaq, ondan xeyirlisini istəmək ən gözəli imiş”.
 

Qeyd edək ki, S.Sanəliyeva ikinci dəfə Cəmil adlı şəxslə ailə qurmuşdu. Onun birinci nikahdan oğlu, ikincidən isə qızı dünyaya gəlib.

LENT

23 İyul 2018

Digər xəbərlər >>>