Sizin link burada

Türkan Şoray sənətdən getdi - VİDEO

Türkiyə kinematoqrafiyasının sevilən ulduzu Türkan Şoray sənətdən getdiyini bəyan edib.
 
 
 
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, məşhur aktrisa qərarını artıq diqqətini cəlb edəcək ssenarilərin olmaması ilə əsaslandırıb.
 
 
 
T.Şoray bildirib ki, məhz bu səbəb onun 58 illik film karyerasına son qoyması ilə nəticələnib və qərarını dəyişmək fikrində deyil.
 
 
 
Qeyd edək ki, iyunun 28-də 73 yaşını qeyd edən aktrisa İstanbulda dünyaya gəlib. İlk çəkildiyi rol isə 1960-cı ildə ekranlara çıxan "Köyde bir kız sevdim" filmindəki Sabiha obrazı olub.
 
 
 
Məşhur aktrisa karyerası boyunca 222 filmə çəkilib və dəfələrlə müxtəlif film festivallarının qalibi olub.

LENT

21 İyul 2018
20 İyul 2018

Digər xəbərlər >>>