Sizin link burada

Boşanan müğənnimiz: “Övladlığa uşaq götürmək istəyirəm” - MÜSAHİBƏ

“Eurovision 2014” təmsilçimiz Dilarə Kazımova Lent.az-a müsahibə verib.

 

- İlk öncə yaradıcılığınızdan söhbət açaq. Nə yenilik var?

- Elə başlayaq Qazaxıstan səfərimdən. Almata şəhərində 10 minlik konsert salonunda səhnə aldım. Möhtəşəm səhnə qurulmuşdu. Orada 2 mahnı oxudum, biri xarici, biri də Azərbaycan dilində. Məni səhnədə rəqqasələr müşayiət edirdi. Konsertdən sonra bizə dedilər ki, ən yaxşı şou bizimkidir. Mən çox şad oldum ki, Qazaxıstanda da bizə pərəstiş edən insanlar var. Yenidən bizi ora dəvət edirlər. Azərbaycanı daha başqa bir ölkədə təmsil etmək istəyərdim. Hazırda bir layihə üzərində çalışıram. 2-3 aya yaxındır ki, 1 mahnı üzərinə işləyirəm. Həmin mahnıya klip də çəkdirməyi düşünürəm.

 

- Azərbaycandan kənarda da tanınmaq niyyətiniz varmı?

- Onsuz da mənim tək istəyim Azərbaycanda tanınmaq deyil. İstəyirəm ki, Azərbaycanın hüdudlarından kənarda da məni tanısınlar. Bunun üçün rəqsə gedirəm. Çalışıram ki, özümü daha da inkişaf etdirim. Bir sözlə öz üzərimdə çalışıram. İndi mənə mahnını oxuya-oxuya rəqs etmək daha asan olacaq.

 

- Şou aləmində özünüzə kimi rəqib görürsüz?

 

- Çalışıram ki, rəqiblərim barədə düşünməyim. Çünki rəqiblərin barədə düşünəndə insan özünü itirir. Başımı aşağı salıb öz işimlə məşğul oluram. Mənim üçün Biyons, Madonna kimi müğənnilər maraqlıdır.

 

- Amma “Eurovision -2016” təmsilçimiz Səmra Rəhimli bildirib ki, rəqibi yoxdur…

 

- Məncə biz ikimiz də fərqliyik. Kimisə rəqib görmək düzgün deyil. Səmra yaxşı qızıdır, çox xoşum gəlir. Əgər o elə fikirləşirsə, qoy fikirləşsin.

 

- Dilarə, yoxsa Səmra. Hansı daha potensiallıdır?

 

 

- Bunu mənim deməyim düzgün olmaz. Pərəstişkarlarımız deyə bilər.

 

- Özünüzü hansı dünya ulduzunun yaxın hesab edirsiz?

 

 

- Əlbəttə ki, Beyons, Madonna, Rihanna kimi dünya ulduzlarına çatmaq istərdim. Amma onlar o qədər öz üzərlərində işləyirlər ki… Biz də onlara baxıb yeni nələrsə etməliyik. Onlarla bizim aramızda fərq ondadır ki, 24 saat çalışırlar.

 

- Hazırda arzuladığınız yerdəsiz?

 

 

- Böyük səhnələrdə iştirak etmək istərdim. Səhnələr bizə təcrübə verir. Qazaxıstanda səhnədə olanda 10 min adam mənə baxırdı. Amma zərrə qədərdə olsun həyəcanım yox idi. Bir sözlə səhnəni sevirəm.

 

- Bu yaxınlarda avtomobilinizə basqın olmuşdu. Oğrunu tapa bildiz?

 

- Maşınımı evimə yaxın saxlamışdım. Bir də gördüm ki, maşının şüşələri sındırılıb və pul qarışıq hər şeyi aparıblar. Buna görə stress yaşadım. İndi hər dəfə maşınıma yaxınlaşan zaman deyirəm ki, ola bilsin ki, bu dəfə də şüşələri qırıblar. Yəni özümü buna hazır edirəm. Daha sonra qonşular dedilər ki, həmin yerdə aylar öncə eyni hallar yaşanıb. Oğrular hələ tapılmayıb. Gözləyirik, bəlkə tapıldı. Bununla bağlı adiyəti orqanlara da müraciətimiz olub. Barmaq izləri götürülüb.

 

- Son vaxtlar rəqs etməyə daha çox üstünlük verirsiz…

 

- Adamlar var ki, rəqqasə olur, daha sonra rəqqasəliyi atır və müğənniliyə gəlir. Məndə isə əksinədi. Müğənniyəm, rəqqasəliyi də öyrənirəm.

 

- Daim yeni layihələr və kliplər təqdim edirsiz. Amma yaradıcılıq işlərinizdən çox geyim tərziniz və sosial şəbəkədə paylaşdığınız şəkillər müzakirə olunur. Bu sizi narahat etmir?

 

- Yox. Mən sevinirəm ki, mənim barəmdə danışırlar. Danışılmayanda, müzakirə, reaksiya olmayanda birtəhər oluram. Kiminsə məndən xoşu gəlmirsə, demək ki, mən çox yaxşı görünürəm. Amma sosial şəbəkədə çoxusu məni bəyəndiyini yazır.

 

- Növbəti dəfə ailə qurmaq niyyətiniz varmı?

 

 

- Hələ ki, elə bir yenilik yoxdur. Ümumiyyətlə, şəxsi həyatımı gizli saxlamağı sevən insanam. İlk evliliyimə son qoyan zaman mənə çox suallar verildi. Amma lap axırda, rəsmən boşanandan sonra ayrıldığımı açıqladım. Onu da söhbətləri bağlamaq üçün dedim. Amma insanın həyatında sevgi mütləqdir. Sevdiyin şəxs yoxdursa, özünü, həyatı sevməlisən.

 

- Bir çox dünya ulduzları övladlığa uşaq götürülər. Dilarə xanımda bu istək varmı?

 

- Bəli, övladlığa uşaq götürmək barədə düşünürəm. Fikirləşmişdim ki, bioloji olaraq ana olsam da, olmasam da uşaqlar evindən övladlığa uşaq götürəcəm. Əgər insanda bu imkan varsa, niyə də götürməsin. İndi də bu barədə düşünürəm. Amma buna illərlə yaxınlaşmaq lazımdır. Çünki bu böyük və dərin bir məsuliyyətdir. Övladı götürürsənsə, axıra qədər saxlamalısan. Bəziləri övladlığa uşaq götürür, daha sonra qaytarır. Bu düzgün deyil. Yaxşılıq etmək imkanın varsa, bunu mütləq et.

 

- Bunun üçün rəsmi olaraq harasa müraciət etmisiz?

 

 

- Hələ ki, müraciət etməmişəm. Ola bilsin ki, birazdan. Bu fikir beynimdə var.

 

 

 

 

 

 

 

 

 

 

 

LENT

22 İyul 2018
21 İyul 2018

Digər xəbərlər >>>