Sizin link burada

Vaşinqton Azərbaycanın layihələrini dəstəkləyəcək

Vaşinqtonda 27-ci Dünya Qaz Konfransı çərçivəsində energetika naziri Pərviz Şahbazov ABŞ-ın enerji naziri Rick Perry ilə görüşüb.
 
 
 
Energetika Nazirliyindən Lent.az-a verilən məlumata görə, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq və qlobal enerji layihələrinin həyata keçirilməsində ABŞ-ın rolu ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, Azərbaycanla ABŞ arasında strateji əlaqələrdə enerji təhlükəsizliyi mühüm yer tutur: “Hazırda Azərbaycanın Avropanın enerji təhlükəsizliyini, Avropaya enerji ehtiyatları təchizatının diversifikasiyasını təmin edəcək layihələr həyata keçirməsi onun enerji təhlükəsizliyi sistemində əhəmiyyətini artırır”.
 
 
 
Rick Perry ABŞ-ın Azərbaycanın qlobal enerji layihələrinə dəstəyinin bundan sonra da davam etdiriləcəyini deyib. Energetika naziri isə öz növbəsində Azərbaycanın enerji sektorunun irimiqyaslı layihələrlə qlobal enerji məkanına inteqrasiyasında ABŞ-ın  mövqeyini yüksək  qiymətləndirib. Görüşdə Texas ştatının dünyanın inkişaf etməkdə olan enerj mərkəzi sayılan Hyuston şəhəri ilə Bakı arasında ortaq maraqlara əsaslanan dostluq və qardaşlıq münasibətlərinə də toxunulub. Bu münasibətlərin enerji sahəsində əməkdaşlığa da töhfə verdiyi qeyd olunub.
 
 
 
Qeyd edək ki, energetika naziri Pərviz Şahbazovun ABŞ Dövlət Katibinin köməkçisi, Enerji Resursları Bürosunun rəhbəri Frank  Fannon,  ABŞ-ın ticarət nazirinin beynəlxalq əlaqələr üzrə köməkçisi  İan Paul Steff və digər yüksək səviyyəli şəxslərlə də  görüşü olub.

LENT

17 İyul 2018
16 İyul 2018

Digər xəbərlər >>>