Sizin link burada

“Azərişıq” “facebook” və “instagram” vasitəsilə xidmətlərini asanlaşdıracaq

“Azərişıq” ASC tərəfindən sosial şəbəkələrdə əlavə olaraq yeni səhifələr fəaliyyətə başlayıb. Lent.az qurumun mətbuat xidmətinə istinadən məlumat verir ki, bu, abonentlərə göstərilən xidmətləri daha da asanlaşdırmaq, məmur-vətəndaş kontaktını minimuma endirmək, süründürməçilik kimi hallara yol verməmək, istehlakçıların hüquqlarını bilməsini təmin etmək, maarifləndirmə, məlumatlandırma və ASAN “xidmət” vasitəsi ilə həyata keçirilən  işlərin operativliyi məqsədi ilə həyata keçirilib.

 

Həmçinin “Azərişıq” ASC tərəfindən sosial şəbəklərdə əlavə olaraq yeni səhifələr fəaliyyətə başlayıb. Səhmdar Cəmiyyətin “Azerishiq ASC” facebook səhifəsi ilə yanaşı yeni “Azerishiq.az” facebook səhifəsi, eyni zamanda “Azerishiq.az” instagram səhifələri yaradılıb.  Yeni yaradılan “facebook” və “instağram” səhifələrində “Azərişıq” ASC-nin  ASAN “xidmət” vasitəsi ilə etdiyi yeniliklər, texniki şərtlərin verilməsi prosesində həyata keçirilən islahatlar, sahibkarlar üçün nəzərdə tutulan güzəşt və xidmətlər, elektrik avadanlıqlarının istismarı zamanı anidən baş verən qəzaların, zədələnmələrin, yanğınların qarşısının alınması və ya elektrik şəbəkələrində ortaya çıxan problemlərin vaxtında aradan qaldırılması üçün zəruri olan addımların atılması üçün tələb olunan xidmətlər, “facebook” və “instagram” səhifələrində özünə yer alacaq.

 

Bir sözlə, sadə vətəndaşdan tutmuş sahibkarlara qədər elektrik enerji təchiz edilən hər kəs “Azərişıq” ASC-nin sosial şəbəkələrdəki fəaliyyətindən faydalana biləcəklər. “Azəriş, ıq” ASC-nin Perspektiv inkişaf və “ASAN xidmət”lə iş idarəsi tərəfindən yaradılan sosial şəbəkə səhifələrində yaxın vaxtlarda elektron qaydada yeni xidmətlər də göstəriləcək.

 

LENT

18 İyul 2018
17 İyul 2018

Digər xəbərlər >>>