Sizin link burada

Rezidenturaya qəbul olmaq istəyənlər üçün onlayn sınaq imtahanı keçiriləcək

Rezidenturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə qəbul imtahanının ikinci mərhələsi (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) üzrə təkrar onlayn sınaq imtahanı keçiriləcək.

 

Lent.az Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinə istinadən bildirir ki, sınaq imtahanında iştirak etmək istəyənlər iyunun 30-u 09:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.

 

Sınaq imtahanı DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək və saat 10:00-da başlayacaq. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

 

Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 (otuz) AZN-dir. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. “Şəxsi kabinet” bir dəfə yaradılır və daim istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin “Şəxsi kabinet”ində öz əksini tapacaq.

 

 

LENT

17 İyul 2018
16 İyul 2018

Digər xəbərlər >>>