Sizin link burada

İyunun 27-də 70081 şagird imtahan verəcək

İyunun 27-də orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçiriləcək.

 

Lent.az Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinə istinadən bildirir ki, həmin gün ümumilikdə 70081 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif üzrə 39554, XI sinif üzrə 30527).

 

İmtahan Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış sinifləri üçün keçiriləcək. 

 

Bu imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

 

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanır. 

 

IX sinif buraxılış imtahanlarında 39554 nəfər (Gəncə 3372, Lənkəran 2287, Naftalan 88, Şəki 2042, Sumqayıt 4392, Abşeron 3866, Ağdam 930, Ağsu 683, Astara 1284, Bərdə 2203, Biləsuvar 1388, Daşkəsən 278, Goranboy 1318, Göygöl 882, İmişli 1253, Kürdəmir 1207, Oğuz 561, Qəbələ 1352, Saatlı 1027, Sabirabad 1804, Şabran 699, Şamaxı 946, Samux 680, Tərtər 889, Xaçmaz 2115, Yevlax 1398, Zərdab 610) şagirdinin iştirakı nəzərdə tutulur.

 

XI sinif üzrə imtahanda 30527 nəfər (Gəncə 2647, Lənkəran 1731, Naftalan 63, Şəki 1781, Sumqayıt 3394, Abşeron 2667, Ağdam 780, Ağsu 562, Astara 771, Bərdə 1615, Biləsuvar 1091, Daşkəsən 205, Goranboy 1074, Göygöl 794, İmişli 1126, Kürdəmir 910, Oğuz 484, Qəbələ 1194, Saatlı 740, Sabirabad 1463, Şabran 511, Şamaxı 644, Samux 488, Tərtər 682, Xaçmaz 1522, Yevlax 1141, Zərdab 447) şagirdin iştirakı nəzərdə tutulur.

 

İmtahanların idarə olunmasına, ümumilikdə 275 imtahan rəhbəri, 3334 nəzarətçi-müəllim ayrılıb.

 

LENT

17 İyul 2018
16 İyul 2018

Digər xəbərlər >>>