Sizin link burada

Səudiyyə Ərəbistanında qadınlar taksi sürməyə başladı

Səudiyyə Ərəbistanında sürücülük vəsiqəsi alan qadınlar artıq taksi işinə başlayıblar.

 

Lent.az-ın “oxu.az”-a istinadən xəbərinə görə, Ər-Riyad, Ciddə və Dammam şəhərlərində yaşayanlar Uber və Careem onlayn xidmətləri ilə sürücü qadın seçə bilər.

 

Məlumdur ki, 24 iyun Səudiyyə Ərəbistanı qadınlara öz avtomobilini və digər nəqliyyat vasitələrini idarə etmək hüququnu verib.

 

Daha əvvəl Səudiyyə Ərəbistanı bu cür məhdudiyyətlərin fəaliyyət göstərdiyi yeganə ölkə idi.

 

LENT

17 İyul 2018
16 İyul 2018

Digər xəbərlər >>>