Sizin link burada

Türkiyədə parlament seçkilərində “Cümhur ittifaqı” qalib gəlir - YENİLƏNİB

Bu gün Türkiyədə keçirilən növbədənkənar parlament seçkilərində səslərin 91 faizi sayılıb.

 

APA-nın məlumatına görə, sayılan səslərə əsasən, “Cümhur ittifaqı” bloku 54,06%, “Millət ittifaqı” 33,09%, Xalqların Demokratik Partiyası isə (HDP) 10,92 faiz səs toplayıb.

 

Qeyd edək ki, hakim Ədalət və İnkişaf Partiyası  və Milliyətçi Hərəkat Partiyası  parlament seçkilərinə birgə blokda – “Cümhur ittifaqın”da qatılıb,  Böyük Birlik Partiyasının (BBP) namizədləri isə “Cümhur ittifaqın”da AKP namizədləri qismində yer alıb. CHP, İyi Partiya, Səadət Partiyası və Demokratik Partiya isə parlament seçkilərinə “Millət ittifaqı”nda qatılıb.

 

 

 

***

 

Bu gün Türkiyədə keçirilən növbədənkənar parlament seçkilərində səslərin 31 faizi sayılıb.

APA-nın məlumatına görə, sayılan səslərə əsasən, “Cümhur ittifaqı” bloku 59,69%, “Millət ittifaqı” 29,86%, Xalqların Demokratik Partiyası isə (HDP) 8,98 faiz səs toplayıb.

Qeyd edək ki, hakim Ədalət və İnkişaf Partiyası  və Milliyətçi Hərəkat Partiyası  parlament seçkilərinə birgə blokda – “Cümhur ittifaqın”da qatılıb,  Böyük Birlik Partiyasının (BBP) namizədləri isə “Cümhur ittifaqın”da AKP namizədləri qismində yer alıb. CHP, İyi Partiya, Səadət Partiyası və Demokratik Partiya isə parlament seçkilərinə “Millət ittifaqı”nda qatılıb.

 

LENT

19 İyul 2018
18 İyul 2018

Digər xəbərlər >>>