Sizin link burada

"Hyundai" aşdı: ana və qızı xəsarət alıb

Bu gün Bakı-Qazax magistralının Goranboy rayonunun Nizami kəndi ərazisindən keçən hissəsində qəza olub.

 

APA-nın Qərb bürosunun məlumatına görə, "Hyundai" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

 

Qəza zamanı 2 qadın bədən xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, xəsarət alanlar ana və qızıdır. Onlardan biri sürücü olub.

 

 

Faktla bağlı Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

LENT

19 İyul 2018
18 İyul 2018

Digər xəbərlər >>>