Sizin link burada

İki gün əvvəl qəzada yaralanan sürücü öldü

İki gün əvvəl Qazaxda avtomobil qəzası nəticəsində ağır xəsarət alan sürücü keçinib. 

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Kosalar kəndi ərazisində baş verib. Kənd sakini, 1972-ci il təvəllüdlü Alırzayev Nəriman Şahvələd oğlu idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarında olan maneəyə çırpılıb.

 

Qəza zamanı sürücü ağır bədən xəsarəti alaraq Qazax Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilmişdi. 

 

Faktla bağlı araşdırma aparılır.

LENT

18 İyul 2018
17 İyul 2018

Digər xəbərlər >>>