Sizin link burada

“Ford Transit”in vurduğu 18 yaşlı piyada öldü - YENİLƏNİB

Salyanda ötə gün yük maşını tərəfindən vurulan 18 yaşlı piyada ölüb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, açıq kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə komatoz vəziyyətdə yerləşdirilən Qurbanov Məhəmməd Ziyafət oğlu, həkimlərin səyinə baxmayaraq, keçinib. 

 

Faktla bağlı araşdırma aparılır. 

 

 

**** 23.38

 

Salyanda avtomobil piyadanı vurub.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qarabağlı kəndi ərazisində baş verib. Kənd sakini Əzizov İlham Fəzail oğlunun idarə etdiyi “Ford Transit” markalı yük maşını yolu keçən 2000-ci il təvəllüdlü Qurbanov Məhəmməd Ziyafət oğlunu vurub.

 

Piyada açıq kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə komatoz vəziyyətdə yerləşdirilib.

 

Hadisə Salyan Rayon Polis Şöbəsi tərəfindən araşdırılır.

LENT

23 İyul 2018
22 İyul 2018
21 İyul 2018

Digər xəbərlər >>>