Sizin link burada

"Mənə 3 min təklif var idi, ancaq buranı seçdim" - "Real"ın yeni transferi

“Zarya”nın qolkiperi Andrey Lunin karyerasını İspaniyada davam etdirəcək. Apasport.az-ın “Real”ın saytına istinadən məlumatına görə, Madrid klubu onun transferini rəsmiləşdirib.

 

Ukraynalı qapıçı çoxsaylı təkliflərə baxmayaraq, xəyalındakı komandanı seçdiyini bildirib: “Real”da oynamağın xəyalını qururdum və bu barədə fikrimi açıq şəkildə Ukrayna mətbuatına da demişdim. Hazırda əsas qapıçı olmaq barədə düşünmürəm. Təbii ki, bunu istəyərdim, ancaq indilik önəmli olan uzun illər boyu komandaya xidmət etmək və Çempionlar Liqasının qalibi olmaqdı. Hamı bilir ki, mənə 3 min təklif var idi, ancaq xəyallarımın klubu "Real"ı seçdim. Bura pula görə gəlməmişəm”.

 

Qeyd edək ki, Andrey Luninlə 6 illik müqavilə imzalanıb.

LENT

16 İyul 2018

Digər xəbərlər >>>