Sizin link burada

Ön xətdə yerləşən hərbi hissələrdə bayram tədbirləri keçirilib

Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndə heyəti cəbhə bölgəsində yerləşən hərbi hissələrdə keçirilən bir neçə tədbirdə iştirak edib. Lent.az-ın MN-nin saytına istinadən verdiyi xəbərə görə, qonaqlar hərbi hissələrdə xidmət edən şəxsi heyətlə görüşüb, onların şəraiti ilə maraqlanıb və xidmətdə fərqlənən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim ediblər.

 

Hərbi qulluqçular tərəfindən nümunəvi məşqlər nümayiş etdirilib. Təşkil olunan konsert proqramlarında şəxsi heyət qarşısında mahnılar ifa edən ölkəmizin tanınmış müğənniləri Azərbaycan Ordusunun 100 illik yubileyi münasibətilə hərbi qulluqçuları təbrik ediblər.

 

LENT

17 İyul 2018
16 İyul 2018

Digər xəbərlər >>>