Sizin link burada

Bakıda yanğın: 25 nəfər təxliyə olunub, 7 nəfər xilas edilib - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Bakıda baş vermiş yanğın hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbəre verir ki, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 200 m2 olan mağazada elektrik lövhəsi və şaxtasından keçən kommunikasiya xətləri 63 p.m yanıb.

 

Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən mənzillərdən 7 nəfər (onlardan 2-si azyaşlıdır) xilas edilib, 25 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

 

Mənzillər yanğından mühafizə olunub.

 

 

***

12:14

 

Bakıda yaşayış binasında yanğın baş verib.

 

APA-nın məlumatına görə, hadisə Yasamal rayonu, “Elmlər Akademiyası” metrosunun yaxınlığında, Hüseyn Cavid prospekti 81 ünvanında, “Mothercare” mağazasının yerləşdiyi binada qeydə alınıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Yanğın söndürülüb. 

 

Fövqəladə Hallar Nazirliyindən APA-ya bildirilib ki, hazırda yanğının başvermə səbəbləri araşdırılır. 

 

 

 

LENT

19 İyul 2018
18 İyul 2018

Digər xəbərlər >>>