Sizin link burada

Şirvanda 22 yaşlı oğlan itkin düşüb - FOTO

Sabirabad rayonu Dadaşbəyli kənd sakini Xancan Osmanov iyunun 4-də kənddə yaşadığı evdən çıxaraq Şirvan şəhərinə gedib və bir daha geri qayıtmayıb. DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, itkin düşən şəxsin boyu 180 sm, gözlərinin rəngi qəhvəyidir.

 

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 və (055) 527-57-77 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

LENT

19 İyul 2018
18 İyul 2018

Digər xəbərlər >>>