Sizin link burada

Yunanıstanın baş naziri ilk dəfə qalstuk taxdı

Yunanıstanın baş naziri Aleksis Tsipras ilk dəfə olaraq ictimaiyyət qarşısına qalstukda çıxıb.

 

Lent.az-ın “oxu.az”a istinadən xəbərinə görə,  buna qədər baş nazir prinsipial olaraq, hətta qeyri-rəsmi tədbirlərə belə qalstuk taxmırdı. O, Yunanıstanın dövlət borcu ilə bağlı probleminin həllini tapacağı təqdirdə qalstuk geyməyə başlayacağına söz vermişdi.

 

“Gördüyünüz kimi bu gün qalstukdayam. Söz verdinsə gərək yerinə yetirəsən...Bu gün tarixi bir gündür. Biz kreditorlarla bağlanmış memorandumdan çıxırıq”, - deyə Tsipras bildirib.

 

Solçu dövlət başçısının sözlərinə görə, Yunanıstan yenidən “normal ölkəyə” çevrildi və Afina ölkənin siyasi-iqtisadi suverenliyini bərpa etməyə davam edəcək.

 

LENT

23 İyul 2018
22 İyul 2018
21 İyul 2018

Digər xəbərlər >>>