Sizin link burada

Sampaoli ilə bağlı qərar verildi

Argentina yığmasının baş məşqçisi Xorxe Sampaoli Xorvatiya ilə görüşdə qeydə alınan böyükhesablı məğlubiyyətə (0:3) baxmayaraq, hələlik postunda qalacaq. Apasport.az saytının “İndependent”ə istinadən məlumatına görə, yayılan iddiaların əksinə, Argentina Futbol Assosasiyası təcrübəli mütəxəssislə Xorvatiya ilə görüşün ardından yox, mundial bitdikdən sonra yollarını ayıracaq.

 

Sampaolinin yığma ilə 5 illik müqaviləsi var. Müqavilə müddətini tamamlamadan qovulması halında, onun 20 milyon dollar təzminat alacağı bildirilir.

 

Qeyd edək ki, daha öncə yığma üzvlərinin Xorvatiya ilə oyundan sonra iclas keçirdiyi və Xorxe Sampaolinin komandanı Nigeriya ilə matça çıxarmasını istəmədikləri ilə bağlı xəbər yayılmışdı.

 

LENT

23 İyul 2018
22 İyul 2018
21 İyul 2018

Digər xəbərlər >>>