Sizin link burada

Mənzildə qaz balonu partladı - 1 ölü, 9 yaralı

Tatarıstanın Zainsk şəhərində yaşayış binasında qaz balonu partlayıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb.

 

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir.

 

Partlayış mənzillərdən birində təmir işləri aparılan zamanı baş verib. Faktla bağlı araşdırma aparılır.

 

LENT

18 İyul 2018
17 İyul 2018

Digər xəbərlər >>>