Sizin link burada

Azərbaycanda əcnəbilərin qeydiyyatı ilə bağlı müddət dəyişdirilir

Azərbaycana daxil olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı ilə bağlı müddətin dəyişdirilməsi təklif edilir.

 

APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə Miqrasiya Məcəlləsinin 21-ci(Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması) maddəsinə dəyişiklik edilməsi ilə bağlı layihə təqdim olunub.

 

Layihəyə əsasən, artıq Azərbaycanda 10 gündən yox, 15 gündən artıq müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər ölkədə olduqları yer üzrə qeydiyyata alınmalıdırlar.

 

 

Layihə Milli Məclisin iyunun 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

LENT

23 İyul 2018
22 İyul 2018
21 İyul 2018

Digər xəbərlər >>>