Sizin link burada

Bakıda nasaz yük maşını avtobusa çırpıldı - VİDEO

Son günlər məsuliyyətsiz sürücülərin idarə etdiyi nəqliyyat vasitələrinin sərnişin avtobuslarının hərəkətində çətinlik yaratması, qəza törətməsi və ya qəza şəraiti yaratması kimi halların sayı xeyli artıb. Lent.az xbər verir ki, bu gün Binəqədi rayonu ərazisində (Biləcəri dairəsi) nasaz vəziyyətdə yola çıxmış ağır tonnajlı yük maşını şirkətimizə məxsus 135 saylı xətt üzrə hərəkət edən avtobusu vuraraq qəza törədib. Belə ki, yüklə dolu “Shacman” markalı, 90 NM 518 dövlət qeydiyyat nişanlı yük maşını gəldiyi sürətlə “Daewoo” markalı, 10 TG 031 nömrə nişanlı avtobusa çırpılıb. Avtobusun salonundakı sərnişinlər arasında xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.

 

 

Faktla bağlı araşdırma aparılır.

 

LENT

18 İyul 2018
17 İyul 2018

Digər xəbərlər >>>