Sizin link burada

Nazirlik ağacların daha çox kəsildiyi rayonların adlarını açıqladı - SİYAHI

 

"Ağacların qanunsuz kəsilməsi, qurudulması hallarına daha çox paytaxt Bakıda rast gəlinir. Ağaclar daha çox fiziki şəxslər tərəfindən kəsilir".

 

 

APA-nın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova deyib.

 

 

İ. İbrahimova qeyd edib ki, son 2-3 ay ərzində Bakının Nəsimi, Xətai, Suraxanı, Binəqədi, Sabunçu və Yasamal rayonlarında ağacların qanunsuz kəsilməsi faktı ilə nazirliyə daha çox şikayət daxil olub: “Bölgələrdən isə Kürdəmir, İmişli, Qazax, Qəbələ, İsmayıllı və Qubadan daha çox şikayətlər olub. Qanunsuz ağac kəsilməsi ilə bağlı ən az şikayət daxil olan rayonlar Xəzər və Qaradağdır".

 

LENT

23 İyul 2018
22 İyul 2018
21 İyul 2018

Digər xəbərlər >>>