Sizin link burada

Azərbaycanda bu yolda hərəkət məhdudlaşdırılacaq

Respublika ərazisində  avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba yolunda təmir işləri aparılacaq. Lent.az-ın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinə istinadən bildirir ki, bu gün səhər saat 10:00-dan axşam saatlarınadək Adıçəkilən yolun 45-52 kilometrliyində (hər iki istiqamət) yol qəzaları zamanı yararsız hala düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq. 

Bu məqsədlə sözügedən yolda avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur. 

 

 

LENT

19 İyul 2018
18 İyul 2018

Digər xəbərlər >>>