Sizin link burada

Röya Aygünə barışıq əlini uzatdı: "Bundan qorxdum..."

Əməkdar artist Röya Ayxan həmkarı Aygün Bəylərlə arasında olan qalmaqala son vermək qərarına gəlib. Lent.az-ın məlumatına görə, Röya sosial şəbəkədə A.Bəylərə barışıq əlini uzadıb. Aygünü məhkəməyə verən müğənni onun övladı ilə şəklini paylaşaraq bağışladığını bildirib:

“Bəli, haqqıma girdin. Məni tanımadan, sənə qarşı haqsızlığım olmadan alın yazıma şübhə etdin. Ata, anamın yanında alçaltdın. Əziyyətlə qazandığım, neçə ailə dolandırdığım qazancımı “haram” adlandırdın. Səni izləyərkən həyatıma nifrət etdim. 

Ağlayaraq yaradana sənə cavab versin dedim. Amma o an unutdum ki, sənin qızın var və o, mən yaşayanın 50 faizini doğularkən yaşayıb. Deyirlər ki, günahlarımız onların boynuna yazılır. Bundan qorxdum və sənə xoşbəxt ana olmağı arzuladım. 

Önümə qızınla olan görüntü çıxdı, gözlərim doldu və mən səni bağışladım. İstəyirəm ki, Allah da bağışlasın”.

Qeyd edək ki, A.Bəylər "Səhər-səhər" verilişində Röyanın ünvanına sərt sözlər demişdi. Röya isə onu məhkəməyə vermiş və 50 min manat təzminat istəmişdi. Məhkəmə isə müğənninin istəyini rədd etmişdi.

LENT

17 İyul 2018
16 İyul 2018

Digər xəbərlər >>>