Sizin link burada

Arvadını öldürən: "Dedi ki, kişi kimi səndən həzz almıram" - ŞOK İFADƏ

Arvadını qısqanclıq zəminində öldürməkdə təqsirləndirilən Rasim Çərtikovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başlanılıb. Prokuror  ittiham aktını elan edib. İttihama münasibət bildirən R.Çərtikov  özünü qismən təqsirli bilib.

 

Təqsirləndirilən arvadını qısqanclıq zəminində öldürdüyü deyib: " Aytən öz istəyi ilə dayəlik işinə başladı. İki ay özüm onu işə aparırdım. İstəmirdim haradasa işləsin. Bir gün gəlib dedi ki,  gecə növbəsində işləmək istəyirəm. Aramızda mübahisə düşdü. Dalaşdıq.  Məndən küsüb atasıgilə getdi. Yaxın adamla qayınanamgilə gedib, onu evə gətirdim. Aytən ilə razılaşdıq ki, ancaq gündüz növbəsində işləyəcək. Əvvəl bu qaydada çalışdı, sonra fikrini dəyişdi. Aytən işlə bağlı Türkiyəyə getmək istəyirdi, bunu da məndən gizlətdilər. İçimdə şübhələr oyanırdı. Evi satıb, Rusiyaya getmək barədə ona dedim. Razılşadı ki, ancaq yuxarı mərtəbəni sataq. Evi satandan sonra onu gecə işdən götürdüm. Sonra Rusiyaya getmək istəmədiyini bildirdi".

 

İfadəyə görə, hadisə baş verən gün yenə də ər-arvad arasında dava düşüb. Təqsirləndirilən belə danışır: "Mənə dedi ki, öldürsən də işdən çıxmayacağam, pulun cibində, hara istəyirsən özün get, mən Rusiyaya gedən deyiləm. Əsəbiləşmişdi. Bıçağı mənə sarı atdı. Yaxınlaşıb dedim ki, niyə məni buna vadar edirsən? Mən səni öldürmək istəmirəm. Sakitləşib yataq otağına keçdik. Yenə də dilə tutdum, dedim tezdən gedək.  Yaxınlıq etmək istədim. Mənə qayıdıb dedi ki, kişi kimi səndən heç bir ləzzət almıram. Bu sözə dözmədim, bıçaqla vurdum".

 

Məhkəmə prosesi iyulun 2-də davam edəcək.

 

Qeyd edək ki, hadisə bu il Bakının Binəqədi rayonunda baş verib. Rayon sakini  R.Çərtikov həyat yoldaşı Aytən Çərtikovu yaşadığı mənzildə qətlə yetirib. O, hadisəni qısqanclıq zəminində törətdiyini bildirib.

 

LENT

23 İyul 2018
22 İyul 2018
21 İyul 2018

Digər xəbərlər >>>