Sizin link burada

"Messini qaydalar çərçivəsində dayandırmalıyıq" - Rakitiç

Xorvatiya millisinin yarımmüdafiəçisi İvan Rakitiç DÇ-2018 çərçivəsində Argentinaya qarşı keçirəcəkləri oyundan danışıb. Lent.az-ın məlumatına görə, o, “Barselona”dakı komanda yoldaşı Lionel Messinin qarşısını almalı olduqlarını bildirib:

“Bizi dünyanın ən yaxşı futbolçularına qarşı maraqlı oyun gözləyir. Dünya çempionatında çıxış etməyimizdən çox məmnunuq. Motivasiyamız yüksək səviyyədədir. Messini dayandırmalıyıq, təbii ki, qaydalar çərçivəsində. İlk oyundakı nəticə heç nəyi dəyişmir. İstənilən halda onlar favoritdirlər. Əminəm ki, Argentina yığması qələbə üçün əlindən gələni edəcək. Biz də bütün dünyaya gücümüzü göstərməliyik”. 

Qeyd edək ki, Argentina - Xorvatiya matçı sabah Bakı vaxtı ilə 22:00-da başlayacaq.

 

LENT

18 İyul 2018
17 İyul 2018

Digər xəbərlər >>>