Sizin link burada

37 yaşlı kişi döyüldü - Lənkəranda

Lənkəran sakini döyülüb.

 

APA-nın cənub bürosunun xəbər verir ki, hadisə Liman şəhəri ərazisində 37 yaşlı Xalid Həsənovla tanışları arasında baş verib.

 

Məlumata görə, X. Həsənovla onun tanışı olan iki nəfər arasında əvvəlcə mübahisə yaranıb. Sonra isə həmin iki şəxs dəmir parçası ilə X. Həsənovun kürək nahiyəsinə bir neçə zərbə endirib.

 

Yaralı təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda ona tibbi yardım göstərilir.

 

Hadisənin X. Həsənovun atasının bir neçə gün əvvəl satdığı ot üstündə baş verdiyi bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.  

 

LENT

20 İyul 2018

Digər xəbərlər >>>