Sizin link burada

Su anbarında batan şəxs xilas edildi

Mingəçevir su anbarında batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində, 1 nəfər su anbarında çimərkən batmaq təhlükəsi ilə üzləşib.

 

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.

 

LENT

23 İyul 2018
22 İyul 2018
21 İyul 2018

Digər xəbərlər >>>