Sizin link burada

Otla dolu “KamAZ” yandı

Masallı rayonunda yük maşını yanıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Ərkivan qəsəbəsində "KamAZ" markalı yük avtomobilinin kabinə hissəsi, 8 ədəd arxa təkəri və banına yığılmış 1,4 ton ot bağlamasının 600 kq-ı yanıb. Avtomobilin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın söndürülüb.

 

LENT

16 İyul 2018

Digər xəbərlər >>>