Sizin link burada

Sahibkarlara müraciət olundu – İyulun 1-dən etibarən...

Qida Təhlükəsizliyi Agentliyi idxal-ixrac əməliyyatları ilə məşğul olan sahibkarlara müraciət edib. Lent.az qurumun mətbuat xidmətinə istinadən bildirir ki, iyulun 1-dən etibarən qida zəncirinin bütün mərhələlərində, o cümlədən idxal-ixrac əməliyyatları sahəsində dövlət nəzarətini həyata keçiriləcək. Agentlik idxal-ixrac əməliyyatları ilə məşğul olan sahibkarlıq subyektlərini ilk növbədə qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən qaydalara əməl etməyə çağırır.

İdxal-ixrac əməliyyatları ilə məşğul olan sahibkarlar dövlət baytarlıq nəzarətində olan yükləri ölkəyə idxal etməzdən öncə idxal tələbləri barədə məlumatlı olmalı, baytarlıq nəzarətində olan yüklər ölkəmizə göndərilməmişdən əvvəl ixrac edən ölkə tərəfindən Azərbaycan Respublikasının idxal tələbləri nəzərə alınmalıdır. Yüklərə Beynəlxalq Heyvan Sağlamlığı Təşkilatının baytarlıq sahəsində təklif etdiyi müvafiq nümunələrə uyğun ixrac və idxal edən, lazım gələrsə, tranzit ölkələrin birgə seçdiyi dildə beynəlxalq baytarlıq sertifikatı tərtib edilməlidir.

Dövlət baytarlıq nəzarətində olan yüklərin idxalını həyata keçirən sahibkarlar Azərbaycanda qüvvədə olan süd və süd məhsullarına, ət və ət məhsullarına, konservlərə, ərzaq balıqları, dəniz məhsulları, habelə kəsim üçün iri buynuzlu heyvanlara, quş ətinə və digər baytarlıq nəzarətində olan məhsulların idxalına dair baytarlıq tələbləri ilə Agentliyin rəsmi veb səhifəsində tanış ola biləcəklər.

Azərbaycana idxal olunan qida məhsullarının hər partiyasının daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizaları aparılır və nəticələrinə uyğun olaraq qida təhlükəsizliyi sertifikatı verilir. Sertifikatın verilməsi üçün sertifikatlaşdırılacaq məhsulun mənşə sənədi, alqı-satqı müqaviləsi, idxal ediləcək məhsula dair hesab-faktura (invoys) və idxal olunan məhsulun növündən asılı olaraq ixracatçı ölkənin səlahiyyətli dövlət qurumu tərəfindən verilmiş yeyinti məhsulunun təhlükəsizliyini təsdiq edən sənədlər tələb edilir.

AQTA tərəfindən dövlət qeydiyyatına alınmış, sertifikatlaşdırılmış, qeydiyyat şəhadətnaməsinə malik və keyfiyyət sertifikatı (şəhadətnaməsi) ilə təmin edilmiş baytarlıq preparatlarının idxalına icazə verilir. Qurum tərəfindən dövlət qeydiyyatına alınmış, istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilmiş, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan və müvafiq qaydada qablaşdırılmış və etiketləşdirilmiş pestisidlər və bioloji preparatların idxalına icazə verilir.

LENT

23 İyul 2018
22 İyul 2018
21 İyul 2018

Digər xəbərlər >>>