Sizin link burada

Sabah Azərbaycana yay gəlir

Bu il yay fəsli Azərbaycana sabah Bakı vaxtı ilə saat 14:07-də gələcək. Lent.az-ın Azərbaycan Milli Elmlər Akademiyasının mətbuat xidmətinə istinadən məlumatına görə bu il martın 20-də Bakı vaxtı ilə saat 20:15-dən ölkəmizə qədəm qoyan yaz fəsli iyunun 21-də saat 14:07-dən etibarən yay fəsli ilə əvəz olunacaq.

AMEA Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov məlumat verib ki, həmin vaxt yay Günəş qarşıdurması anı adlanır.

Alim bildirib ki, yay fəslinin gəldiyi 21 iyun tarixində Şimal yarımkürəsində ən uzun gündüz (14 saat 43 dəqiqə) və ən qısa gecə yaşanacaq. Cənub yarımkürəsində isə bu gün, əksinə olaraq ən qısa gündüz, ən uzun gecə qeydə alınacaq. İyunun 22-dən etibarən isə gündüzlər qısalmağa, gecələr isə uzanmağa başlayacaq. Bu proses 21 sentyabr tarixinədək davam edəcək.

Qeyd edək ki,  bu il Azərbaycanda payız fəsli sentyabrın 23-də Bakı vaxtı ilə saat 05:54-də (payız gecə-gündüz bərabərliyi), qış isə dekabrın 22-si saat 02:22-də (qış Günəş qarşıdurması anı) başlanacaq.

 

 

 

LENT

17 İyul 2018
16 İyul 2018

Digər xəbərlər >>>