Sizin link burada

“Real” onu istəyir

 

“Çelsi”nin qolkiperi Tibo Kurtua karyerasını İspaniya La Liqasında davam etdirə bilər. Apasport.az saytının “Cadena Ser”ə istinadən məlumatına görə, “Real” belçikalının xidmətində maraqlıdı.
 
 
 
“Kral klubu” Kurtuanı “Roma”nın qapıçısı Alissonun alternativi qismində görür. “Roma” Braziliya millisinin üzvünün qarşılığında 80 milyon avro tələb edir, “Real” isə 50 milyon avrodan artıq ödəmək ixtiyarında deyil.
 
Kurtuanın “Çelsi” ilə olan müqaviləsi 2019-cu ilin yayında bitir və o, sazişi yeniləmək istəmir.

LENT

17 İyul 2018
16 İyul 2018

Digər xəbərlər >>>