Sizin link burada

İnam Kərimov Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisini işdən çıxardı

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev işdən çıxarılıb.

Bu barədə Lent.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov bildirib. O məlumat verib ki, C.Quliyevin yerinə Ələddin Eyvazov təyin olunub.

Qeyd edək ki, bu məlumatı ilk olaraq "Qafqazinfo" yazıb. Saytın yazdığına görə, Ə. Eyvazov bu il mayın 14-də nazirin müvafiq əmri ilə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru təyin olunmuşdu. O, həmçinin  uzun illər Dövlət Fitosanitar Nəzarət Xidmətində rəis müavini vəzifəsində də çalışıb.

C. Quliyev dünən İmişli rayonunda pambıq tarlasında işləyən 50-yə yaxın fəhlənin zəhərlənməsi faktına görə işdən çıxarılıb.

 

LENT

18 İyul 2018
17 İyul 2018

Digər xəbərlər >>>