Sizin link burada

Restoranda görüşüb şantajla 3 min manat aldılar - MƏHKƏMƏ

Millitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın əməkdaşları Elmira Məmmədova, Natəvan Mehdiyeva və Yeganə Əhmədovanın barələrindəki cinayət işi üzrə məhkəmə prosesi davam edib.
 
 
 
 
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməliyyatçısı Şahlar  dindirilib.
 
 
 
 
 
O bildirib ki, şikayət əsasında əməliyyat keçiriblər:
 
"Vətəndaş Şirin Abdullayev bir qrup jurnalistin ondan hədə-qorxu ilə pul tələb etməsi ilə bağlı məlumat verib. Biz onların görüş təyin etdiyi restorana getdik.  Bunlar masada əyləşib yemək yeyirdilər. Biz də kənarda əyləşib onları izlədik. Pulu verən zaman da onlara yaxınlaşıb özümüzü təqdim etdik. Hal şahidlərinin iştirakı ilə baxış keçirdik. Onları Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə apardıq. Vəkillər dəvət edildi"
 
 
 
Əməliyyatçı qeyd edib ki, zərərçəkmiş təqsirləndirilən şəxslərin ondan bir neçə dəfə pul aldığını, sonuncu dəfə isə 3 min manat verdiyini söyləyib.
 
 
 
 
 
 
 
Qeyd edək ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı millitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın əməkdaşları Elmira Məmmədova, Natavan Mehdiyeva və Yeganə Əhmədova Binəqədi rayonunda yerləşən “Qədim Qəbələ” restoranında iş adamı Şirin Abdullayevin barəsində rüsvayedici məlumatlar yaymamaq üçün 3 min manat alan zaman saxlanılıblar.
 
 
 
Məlumata görə, təqsirləndirilən Rövşən Qasımov əvvəllər Milli Məclisin mətbuat xidmətinin əməkdaşı olub.
 
 
 
 
 
Həmçinin "jam.az" saytının baş redaktoru Fikrət Fərəməzoğlunun Cinayət  işində Şirin Abdullayev zərərçəkmiş şəxs qismində də tanınıb.
 
Təqsirləndirilən şəxs qismində ifadə verən Rövşən Qasımov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
 

LENT

17 İyul 2018
16 İyul 2018

Digər xəbərlər >>>